4 Fevral 2021 18:28
1 715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köln Katolik Baş Arxiyepiskopluğuna mənsub olan rahiblərin kimsəsiz uşaqlara qarşı cinsi zorakılıq və istismar həyata keçirməsinə dair ötən ay başlanan araşdırma artıq başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu səs-küylü hadisənin nəticələrinə dair rapor ictimaiyyətlə paylaşılmayıb.

Amma hesabatın müəyyən hissəsi mediaya sızıb. ABŞ-da nəşr edilən “Daily Beast” qəzeti 560 səhifəlik hesabatın bəzi hissələrini yayımlayıb.

Hesabatda 1960-1979-ci illər arasında Almaniyanın Speyer şəhərində olan monastırda xidmət göstərən rahiblərin yetim uşaqları iş adamlarına və din xadimlərinə “satması” detallı şəkildə yer alıb.

Araşdırma hesabatına görə, cinsi təcavüzə və istismara məruz qalan yetim uşaqlardan bəzisi əvvəlcə zorla iş adamları üçün aparılıb, daha sonra paltarlarının qırışdığına və çirkləndiyinə görə rahiblər tərəfindən döyülüblər.

Raporda çoxu 8-14 yaşları arasında olan 175 uşağın uzun illər təcavüzə məruz qaldığı yer alıb. Araşdırmaya görə, bəzi uşaqların övladlığa verilməsi bilərəkdən qadağan edilib, onların satılmasını davam etdirmək üçün bəzən də himəyadarların evlərinə köçürülüb.

Monastır rəhbərliyi sənədləri görmək istəyən jurnalistlərdən məxfilik sazişi imzalanmasını tələb edib. Bu bahənə ilə hesabatı ictimaiyyətə açıqlamaqdan imtina ediblər. Bu səbəbdən də raporun bəzi hissələri mediaya sızdırılıb.

Monastrın olduğu bölgədə işləyən yepiskop Karl-Heinz Viesman mətbuata deyib ki, sızan təcavüz hesabatından çox narahatdır və ictimaiyyətin oxunması üçün uyğun deyil.

Yepiskop əlavə edib ki, skandal hesabatı oxuduqdan sonra bir ay müddətində işdən ayrılmalı olub.


Müəllif: Cavad

Oxşar xəbərlər