Moskavada 10 yaşlı uşaq özünü yaşadığı evin pəncərəsindən ataraq intihar edib.
Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, ölüm faktı ilə bağlı araşdırmalara başlayan Moskva polisi Tula vilayətində qeydiyyatda olan 36 yaşlı azərbaycanlını saxlayıb.
Məlum olub ki, 4-cü sinif şagirdi məktəbdə sinif yoldaşı ilə mübahisə edib. Mübahisə etdiyi oğlanın azərbaycanlı atası mərhumu danlayıb. Uşaq bu sözləri qəbul edə bilmədiyindən evə gələrək özünü yaşadığı evin pəncərəsindən atıb. Hadisə yerinə gələn həkimlərin səyinə baxmayaraq, 4-cü mərtəbədən özünü atan oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı “özünü öldürmə həddinə çatdırma” maddəsilə cinayət işi başlanılıb.
Samir