4 Fevral 2021 19:23
1 898
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Beynəlxalq birlik Çinin uyğurlara qarşı həyata keçirdiyi təzyiq siyasətinə göz yummamalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Finlandiya Baş naziri Sanna Marin deyib.
Xanım nazir Çin hökumətinin Uyğur Muxtar Bölgəsində müsəlman uyğurlara etdiyi zülmlərə diqqət çəkib:

“Beynəlxalq ictimaiyyət Çinin insan haqlarını tapdalamaq və etnik azlıqları əzmək siyasətinə göz yummamalıdır. Ticarət və iqtisadiyyat bu vəhşilikləri görməməzlikdən gəlmək üçün haqlı səbəb ola bilməz”.

Marin insan haqlarının ikitərəfli və çoxtərəfli dialoqun mərkəzində olmasının vacib olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər