“Türkiyə və Yunanıstan arasında keçirilən araşdırıcı görüşlərin növbəti mərhələsi fevralın sonu və ya martın əvvəlində Afinada baş tutacaq”.
Teleqraf.com xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kyriakos Mitsotakis deyib.
Müzakirələr barədə danışan Miçotakis Afinada keçiriləcək görüşü “doğru istiqamətdə yaxşı bir addım” adlandırıb.
İki ölkə arasında 2012-2016-cı illər arasında Egey dənizindəki problemlərlə bağlı bir çox görüşlər keçirilsə də danışıqlar sonradan dayandırıldı. Beş illik fasilədən sonra növbəti görüş yanvarın 25-də İstanbulda keçirilmişdi.
Digər tərəfdən, gələn həftə Afinada Cənubi Kipr, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Yunanıstan və Bəhreyn xarici işlər nazirlərinin iştirakı ilə görüşün keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, sözügedən ölkələr Aralıq dənizinin şərqi ilə bağlı mübahisələrdə Türkiyəyə qarşı Yunanıstanı dəstəkləyirlər.