ABŞ prezidenti Cozef Bayden ABŞ-ın Yəməndəki hücum əməliyyatlarının bitdiyini elan edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Ağ Evdə keçirilən brifinqdə amerikan liderinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, C.Bayden Dövlət Departamentində ölkənin xarici siyasətinin əsas istiqamətləri barədə çıxışı zamanı ölkənin Yəməndəki hücum əməliyyatlarına verdiyi dəstəyin sona çatacağını bildirəcək.