5 Fevral 2021 08:45
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Nümayəndələr Palatasında qıcıqlandırıcı çıxış etməkdə və Demokratlara qarşı şiddəti dəstəkləməkdə ittiham olunan Respublikaçı konqresvumen Marcori Teylor Grinin iki komitədəki vəzifələrindən məhrum edilməsi üçün səsvermə keçirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Qrinin büdcə komitəsindəki, eləcə də təhsil və əmək məsələləri komitəsindəki vəzifələrindən kənarlaşdırılması üçün, 11 Respublikaçı da daxil olmaqla, Nümayəndələr Palatasının 230 üzvü səs verib.

Marcori Teylor Grin müxtəlif sui-qəsd nəzəriyyələrini dəstəkləməsi ilə tanınır. Bundan başqa, o, Nümayəndələr Palatasında ABŞ-ın yeni prezidenti Co Baydenin öz vəzifəsinə başladığı ilk gündə onun impiçmenti ilə bağlı maddə təqdim edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər