“Makron birinci öz ölkəsinin problemlərini həll etməlidir, amma bunun əvəzinə bizim rahatlığımızı pozmaq istəyir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Makron o biri tərəfdən səslənir. Makron, sən əvvəlcə “sarı jiletliler” məsələsini həll et. İndi bütün “sarı jiletlilər” - vətəndaşların küçələrdədir. Amma bu məsələni həll edə bilmirsə, birinci bunu həll et. İndi mənim ölkəmdə belə bir problem yoxdur. İndi bizim rahatlığımızı pozmaq niyyətindədirlər”, - Ərdoğan bildirib.
Prezident Makronun Türkiyəyə Liviyadakı hərbi qüvvələrini geri çəkmək çağırışına da toxunub:
“Makron hələ də bu işi öyrənə bilməyib. Türkiyə Liviyada öz keyfinə görə fəaliyyət göstərmir. Türkiyə bir yerə gedirsə, sülh üçün gedir. Bizim məqsədimiz Liviya xalqının sabitliyini təmin etməkdir”.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bundan əvvəl “NATO beyin ölümü keçirdi” fikrini Türkiyəyə görə səsləndirdiyini iddia etmişdi.