“Türkiyədə Gəzi olaylarının növbəti dəfə təkrarlanmasına imkan verməyəcəyik”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“ABŞ deyir ki, Boğaziçi Universitetində baş verən olayları qınayırıq. Bəs siz seçkilərdən əvvəl ölkənizdə baş verənlərdən utanmırsınız? İrqçi davranışlarınız haqda dünyaya nə danışacaqsınız? Gəzi olaylarını bir daha təkrarlaya bilməyəcəklər.
Boğaziçi Universitetindəki olayları oradakı tələbələrin etirazı kimi qəbul etmək mümkün deyil. Çıxıb telakanallarda danışırlar. Onların hamısı ara qarışdırandır. Boğaziçindəki övladlarımızdan istifadə etmələrinə icazə verməyəcəyik”, - Türkiyə lideri bildirib.