Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ukraynalı jurnalist Roman Tsimbalyukun sosial şəbəkədəki paylaşımına cavab verib.
Teleqraf.com xəbər verir ki, XİN-in rəsmi nümayəndəsi paylaşımı “jurnalistin xəyalları” adlandırıb”.
“Əgər tapa bilməmisinizsə, mərkəzdəyəm. Moskvadan Ukraynaya qayıtmaq üçün özündə güc tapa bilməyən ukraynalı jurnalist Roman Tsimbalyukun xəyalları.
İndi Romandakı güclü duyğuların “təcavüzkar”ı niyə oyatdığı aydındır, amma Ukraynada Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin brifinqlərini izləyə bilməyəcəksiniz. Döz. 7 gün, 24 saat səninləyəm”, - Zaxarova qeyd edib.
Roman Tsimbalyuk öz sosial şəbəkə hesabında Zaxarovanın fotoşop proqramı ilə hazırlanmış fotosunu paylaşıb. Fotonun üzərinə “İmperiyanın son arqumenti” ifadəsini yazıb.