Zəhərlənərək öldürülməyə cəhd edilən rus müxalifətçi Sergey Navalnıya Rusiyada ilk müdaxilə edən həkimin öldüyü açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Omsk xəstəxanasından verilən açıqlamada 55 yaşlı Sergey Maksimişinin gözlənilmədən öldüyü iddia olunub.
Açıqlamada həkimin ölüm səbəbi haqda məlumat verilməyib.
Qeyd edək ki, ötən il avqustun 25-də Sibirdən Moskvaya uçan Aleksey Navalnı təyyarədə xəstələnib. Təyyarə Omska təcili eniş edib. Bir neçə gün sonra Noviçok sinir qazından zəhərləndiyi bildirilən Navalnı müalicə üçün Almaniyanın paytaxtı Berlinə aparılıb.
Yanvarın 17-də Rusiyaya qayıtdıqdan sonra həbs edilən Navalnı onun zəhərlənmə əmrinin birbaşa Prezident Vladimir Putin tərəfindən verildiyini iddia edib. Kreml iddiaları rədd edir.
Navalnının həbsi Rusiyada kütləvi etiraz aksiyalarının başlamasına səbəb olub.