Rusiya 3 Avropa dövlətinin diplomatlarını ölkədən deportasiya edir.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi açıqlayıb.
Bildirilib ki, diplomatlar Almaniya, Polşa və İsveç vətəndaşlarıdır. Onlar Rusiya müxalifətinin lideri Aleksey Navalnının müdafiəsi mitinqində iştirak etdikləri üçün deportasiya edilirlər. Onlar arzuolunmaz şəxs elan olunublar.