ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü, admiral Con Kirbi Türkiyənin Rusiyadan “S-400” hava hücumundan müdafiə sistemləri almasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Kirbi Türkiyənin bu qərarının ABŞ ve NATO ilə müttəfiqlik prinsiplərinə uyğun gəlmədiyini deyib.
Onun sözlərinə görə, ABŞ-ın bu məsələ ilə əlaqədar mövqeyində dəyişiklik yoxdur.
Con Kirbi “S-400”-ün “F-35” qırıcılarına uyğun olmaması səbəbiylə Türkiyənin bu proqramdan çıxarıldığını söyləyib və Türkiyəni Rusiyadan müdafiə sistemləri almağı dayandırmağa çağırıb.