6 Fevral 2021 10:18
4 060
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstanın Baş naziri Uluqbəy Maripovun doğma qardaşı Bakıtbəy Maripov Nookat rayonunun hakimi (başçısı) vəzifəsindən azad edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabineti aparatının informasiya təminatı şöbəsindən məlumat verilib.

Bu, yeni baş nazirin maraqların toqquşmasından qaçmaq üçün verdiyi ilk qərarlardan biridir.

Qanunvericiliyə uyğun olaraq, yerli özünüidarəetmə orqanları icraedici hakimiyyətin bir hissəsidir və birbaşa hökumət başçısına tabedir.

Uluqbəy Maripov fevralın 3-də Qırğızıstanın Baş naziri təyin edilib. Həmin gün deputatlar onun hökumətinin tərkibini də təsdiqləyiblər.


Müəllif: Səxavət

Oxşar xəbərlər