6 Fevral 2021 16:04
2 878
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin patronajlığı Liviya Siyasi Dialoq Forumu (LSDQ) üzvlərinin səsverməsi nəticəsində Liviyada 24 dekabr tarixinə təyin olunmuş seçkilərə qədər ölkəni idarə etmək üçün müvəqqəti hökumət qurulub.

Teleqraf.com xəbər verir ki, Liviya Prezident Şurasının 4 üzvü və baş nazirin yer alacağı yeni müvəqqəti hökumət üçün namizəd siyahıları səsverməyə qoyulub.

Liviyanın fərqli bölgələrini təmsil edən 74 üzvün qatıldığı səsvermənin nəticələrinə görə, Məhəmməd Menfi, Əbdülhəmid Dibeybe, Musa əl-Koni və Abdullah əl-Lafinin də yer aldığı siyahıdakı 74 üzvdən 39-nun səsini qazanıb.

Məhəmməd Menfi müvəqqəti administrasiyanın Prezident Şurasının rəhbəri və Əbdülməcid Dibeybe müvəqqəti baş nazir seçilib. Musa əl-Koni və Abdullah əl-Lafi də Prezident Şurası rəhbərinin müavinləri təyin edilib. Müvəqqəti hökumət ölkəni dekabrın 24-də keçiriləcək seçkilərə qədər idarə edəcək.

Səsvermədən sonra Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında yeni hökumətin müəyyən olunmasının Ankarada məmnuniyyətlə qarşılandığı bildirilib: “Liviyada 24 dekabr 2021-ci il tarixində keçirilməsi planlaşdırılan seçkilərə qədər işləyəcək baş nazir, Prezident Şurasının rəhbəri və bu qurumun üzvlərini alqışlayırıq”.

Açıqlamada, eyni zamanda Türkiyənin əvvəldən rədd etdiyi qeyri-legitim hərbi xuntanın ölkənin suverenliyini təhdid edən fəaliyyətlərinə son qoyacağına ümid ifadə edilib.

Qeyd edək ki, yeni müvəqqəti hökumət Baş nazir Fəyaz əs-Sərracın rəhbərlik etdiyi siyasi komandanı əvəz edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər