Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, beynəlxalq məsələləri kurasiya edən Yan Tzeçi ABŞ dövlət katibi Entoni Blinkenlə telefon əlaqəsi saxlayıb.
Teleqraf.com xəbər verir ki, Çin rəsmisi telefon danışığı zamanı Vaşinqtonu ÇXR-lə bağlı son vaxtlar yol verilən səhvləri düzəltməyə və əlaqələri inkişaf etdirmək üçün birgə işləməyə çağırıb.
“Çin ABŞ-ı son vaxtlar yol verilən səhvləri düzəltməyə, əməkdaşlığa köklənməyə, fikir ayrılıqlarını həll etməyə və Amerika-Çin münasibətlərinin sağlam və sabit inkişafını təşviq etməyə çağırır”, – deyə Yan Tzeçi bildirib.