6 Fevral 2021 19:46
1 712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişləri keçən payız İranın iki müəssisəsindən götürülmüş nümunələrdə radioaktiv maddə izləri aşkar ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Wall Street Journal” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Mənbə qəzetə müfəttişlərin hansı maddə tapdıqlarını bilmədiyini söyləyib.

AEBA-nın son tapıntılar barədə üzv dövlətlərə hələ məlumat vermədiyi bildirilirb. Agentlik İrandan tapılan maddələrlə bağlı izahat tələb edir.

Bundan əvvəl İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbi Fordodakı nüvə obyektində uranın zənginləşdirilməsi prosesinin 20 faiz səviyyəsinə qaldırıldığını açıqlamış, məsələ ilə əlaqədar parlamentə təqdim olunan qanun layihəsi də təsdiq olunmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər