Rusiya müstəqil olaraq “MİQ-41” adlandırılan uzaqmənzilli döyüş qırıcıları hazırlamağa qadir deyil.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Pyotr Butovski ABŞ-ın “Aviation Week & Space Technology” jurnalında dərc olunan məqaləsində bildirib.
Mütəxəssisin fikrincə, 2030-cu ildə “MİQ-31”-lərin “MİQ-41”-lərlə dəyişdirilməsini gözləməyə ehtiyac yoxdur:
“Rusiya üçün bu dövr o qədər uzaqdır ki, bir şey proqnozlaşdırmaq çətindir. Rusiya iqtisadiyyatı və aviasiya sənayesindəki mövcud tendensiyalar Rusiyanın belə bir təyyarəyə sahib ola bilməyəcəyini göstərir”.
Butovski indi əsas üstünlüyün qismən beşinci nəsil qırıcıları olan “SU-57”-lərə veriləcəyini deyib: “Bundan əlavə, ruslar “MİQ-31” donanmasını 2030-cu ildən sonra da xidmətdə qalması üçün modernləşdirə bilərlər”.
Qeyd edək ki, bundan əvvəl Rusiyadan verilən açıqlamada “MİQ-41”-lərin hazırlanma mərhələsində olduğunu açıqlanmışdı. Bildirilmişdi ki, yeni nəsil qırıcılar ordusunun sərəncamına 2030-cu ildən daha tez verilməyəcək.
“Super qırıcılar” adlandırılan xəyali “MİQ-41”-lərin “MİQ-31”-ləri əvəz edəcəyi planlaşdırılır. İddiaya görə, yeni döyüş təyyarələri dünyanın ən sürətli qırıcıları kimi hazırlanacaq və radarlara düşməyəcək.