6 Fevral 2021 18:29
849
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiya daxili İşlər naziri Aleksandr Vulin böyük bir cinayətkar qrupdan götürülən snayper tüfənginin Prezident Aleksandar Vuçiçə sui-qəsd üçün hazırlandığını deyib.

Teleqraf.com xəbər verir ki, Serbiya polisi ilə Təhlükəsizlik və İnformasiya Agentliyi fevralın 4-də Monteneqronun mafiya klanları ilə əməkdaşlıq etdiyi iddia olunan böyük bir cinayətkar qrupu zərərsizləşdirib.

Axtarışlar digər istiqamətlərlə yanaşı, “Partizan” futbol klubunun Belqraddakı stadionunda da aparılıb.

Olaydan sonra açıqlama verən daxili işlər naziri qrup üzvlərindən səsboğucusu və patronları olan bir snayper tüfənginin götürüldüyünü söyləyib:

“Bunun belə olub-olmadığını bilmirəm, istintaq motivlərin nə olduğunu müəyyənləşdirəcək, ancaq hədəf mafiya ilə mübarizəni dayandıracaq olan tək adam Aleksandr Vuçiç ola bilərdi. Qətli ilə bütün dövləti iflic edən, ciddi siyasi qeyri-sabitliyə yol açan və mafiya ilə mübarizəni dayandıran yeganə şəxs Aleksandr Vuçiçdir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər