Tehranın məşhur Milad qülləsində Azərbaycanın mərhum şairi Məhəmmədhüseyn Şəhriyarın kiçik heykəli qoyulub.
Teleqraf.com xəbər verir ki, heykəlin ölçüsü, görünüşü və keyfiyyəti güney azərbaycanlıların etirazlarına səbəb olub.
Güneyli sosial şəbəkə istifadəçiləri bunu bilərəkdən atılmış addım kimi dəyərləndiriblər.
Təbrizdə fəaliyyət göstərən “Azaranjoman” saytı abidəni “şübhəli heykəl” adlandırıb.
Saytın xəbərində qeyd edilib: “Heykəlin keyfiyyəti, görünüşü, ölçüsü və Ustad Şəhriyara oxşarlığı barədə rəyi oxucuların öhdəsinə buraxırıq”.
Güneyli milli fəallar bundan narahatlıqlarını bildirərək, belə bir heykəlin Şəhriyara layiq olmadığını deyiblər.