Türkiyə polisinin Şanlı Urfa bölgəsində keçirdiyi antiterror əməliyyatı nəticəsində qaçaqmalçılardan müxtəlif növ antik əşyalar ələ keçirilib.
Teleqraf.com xəbər verir ki, ələ keçirilən 4 metr uzunluğunda piton ilan dərisi üzərində fiqur naxışlar həkk olunub. Bundan başqa, tapılan əşyalar arasında beş dini kitab, iki dəri üzərində əl yazısı var.
Ələ keçirilən əşyaların orta əsrlərə məxsus olduğu ehtimal edilir.
Qaçaqmalçılıqda ittiham olunan iki nəfər həbs olunub.