Dünyada yeni növ koronavirusa (COVİD-19) yoluxanların sayı 105,7 milyon nəfəri ötüb.
Teleqraf.com xəbər verir ki, bunu, beynəlxalq təşkilatların, federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.
Məlumata əsasən, dünyada koronavirusa yoluxanların sayı 105 763 135 nəfərə çatıb. Onlardan 2 309 350 nəfəri ölüb, 76 milyondan çoxu isə sağalıb.