8 Fevral 2021 08:25
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada koronavirusa qarşı peyvənd olunan 14 nəfər COVİD-19-un Böyük Britaniyada aşkarlanan yeni ştammına yoluxub.

Teleqraf.com xəbər verir ki, yoluxma halları Belm kommunasında yerləşən qocalar evində qeydə alınıb.

Məlumatda deyilir: "Belmdə yerləşən qocalar evində koronavirusun "Britaniya" ştammına yoluxma halları baş verib. Qocalar evinin bütün sakinlərinə yanvarın 25-i ikinci peyvəndin vurulmasına baxmayaraq 14 sakində mutasiya aşkarlanıb".

Bildirilir ki, qocalar evinin bütün sakinləri, işçiləri və onların ailələri karantinə alınıb.

Qeyd edilir ki, qocalar evinin sakinləri və işçilərinin koronavirusa qarşı vaksinasiyasında "Pfizer" və "BioNTech" konsorsiumunun istehsal etdiyi peyvəndlərdən istifadə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər