8 Fevral 2021 09:54
1 643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiya hökuməti Çin dəniz polisinin patrul gəmilərinin 6-7 fevral tarixlərində Tokionun öz ərazi suları hesab etdiyi Senkaku adaları zonasına girməsi ilə əlaqədar Çin hakimiyyətinə etiraz edib.

Teleqraf.com xəbər verir ki, bunu Yaponiya Nazirlər Kabinetinin Baş katibi Katsunobu Kato bildirib.

“6-7 fevralda Çin tərəfinə diplomatik kanallarla qəti etiraz göndərdik. Biz Senkaku adaları zonanı müşahidə etmək, həmçinin bu mövzuda Çinlə təmkinli və qətiyyətlə qarşılıqlı fəaliyyət göstərmək üçün səylərimizi davam etdirmək niyyətindəyik”.

Bundan əvvəl Pentaqonun yeni rəhbəri Lloyd Ostin Yaponiyanın müdafiə naziri Nobuo Kisi ilə telefon danışığında ABŞ-ın Şərqi Çin dənizindəki Çinlə mübahisəli Senkaku adalarını müdafiə etməyə hazır olduğunu təsdiqləmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər