Gürcüstanın şərqində, paytaxt Tbilisidən 58 km aralıda 3,2 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Seysmoloqların verdiyi məlumata görə, yeraltı təkanlar saat 01:23-də Dmanisi rayon mərkəzindən 22 km cənub-qərbdə, Kvemo Kartli bölgəsində, Orqançay kəndi yaxınlığında qeydə alınıb.
Zəlzələnin episentri 10 km dərinlikdə olub.
İtki və dağıntı barədə məlumat daxil olmayıb.