İran Fars körfəzinin adı ilə əlaqədar olaraq Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
Teleqraf.com xəbər verir ki, bu barədə İRNA agentliyi İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadəyə istinadən məlumat yayıb.
“Ölkəmizin Moskvadakı səfirliyi vasitəsi ilə Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərildi”, – deyə o qeyd edib.
S.Xətibzadə bunun Rusiya Xarici İşlər Nazirliyinin Tvitter səhifəsində “Fars körfəzi” əvəzinə “Ərəb körfəzi” yazılması ilə əlaqədar olduğunu bildirib.