9 Fevral 2021 12:22
4 019
12 Punto 14 Punto 16 Punto 18 Punto

Video əlavə olunub.

11:09

***

Bir qrup avropalı deputat Avropa Birliyi Komissiyasının sədri Ursula von der Leyenə məktub yazaraq, AB-nin Xarici Əlaqələr və Təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrelin Moskvaya səfərini və Rusiya Xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransındakı davranışlarını kəskin tənqid ediblər.

Teleqraf.com xəbər verir ki, deputatlar Borrelin Moskvaya səfəri zamanı AB-nin maraqlarını müdafiə edə bilmədiyini deyiblər.

Məktubda deputatlar AB-yə qarşı açağılayıcı münasibətlərdən narahatlıqlarını dilə gətiriblər: “Cənab Borell səfəri zamanı AB-nin maraqlarını qorumağı bacara bilməyib”.

Deputatlar Borrelin rus müxalifətçi Aleksey Navalnının həbs edilməsi ilə əlaqədar olaraq, AB-nin sanksiya tətbiqini müzakirə etmədiyini söyləməsinin səhv olduğunu və AB liderlərinin sanksiya tələb etdiklərini qeyd ediblər.

Məktubda bildirilib ki, Jozef Borell AB ilə bağlı sərt tənqidlərinə cavab verməkdən çəkinib. Hesab olunur ki, Borell 3 avropalı diplomatın Moskvadan qovulmasından sonra Rusiyaya səfərini təxirə salmalı idi.

AB Komissiyasının sözçüsü isə Ursula van der Leyenin Rusiyaya səfəri zamanı Borreli tam dəstəklədiyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər