ABŞ Dövlət katibi Entoni Blinken Prezident Co Baydenin Qüdsü İsrailin paytaxtı kimi tanımağa davam edəcəyini söyləyib.
Teleqraf.com xəbər verir ki, Blinken “CNN” telekanalına müsahibəsində Yaxın Şərqdəki son gəlişmələrə diqqət çəkib.
Blinken Bayden administrasiyasının Qüdsü İsrailin paytaxtı kimi tanımağa davam edəcəyini bildirsə də, keçmiş Donald Tramp hökumətinin Qolan Təpələrini İsrail ərazisi kimi tanımasını qəbul etmədiklərini bildirib.
Blinken bölgənin İsrailin təhlükəsizliyi üçün vacib olduğunu deyib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp 2019-cu ildə Qolanı İsrail ərazisi kimi tanıdığını açıqlamışdı. O, bundan əvvəl Qüdsün İsrailin paytaxtı olduğunu demişdi.