24 Oktyabr 2014 18:29
999
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya dünya ilə əlaqələrini kəsmək niyyətində deyil.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Vallday” beynəlxalq diskussiya klubunun iclasının açılışı zamanı deyib. Onun sözlərinə görə, Rusiya hər zaman dialoqa hazırdır. Putin bu dialoqların həm iqtisadi, həm də siyasi mövzuda aparılacağına ümid etdiyini bildirib.

Rusiya prezidenti nüvə məsələsində dünya dövlətlərini daha ciddi şəkildə fikirləşməyə dəvət edib: “Rusiya nüvə arsenalları azaldılması üzrə danışıqların davam etdirilməsini təkid edir. Bununla bağlı ikili standartlar hazırlanmalıdır. Dünyada nüvə silahlarının azaldılması hamı üçün yaxşı nəticələnəcək”.

Ukrayna və Rusiya münasibətlərinə toxunan Putin Rusiyanın bu məsələdə diskussiyanı sivil şəkildə apardığını, lakin nə Ukraynanın, nə də Avropa Birliyinin bunu görmədiyini bildirib. O qeyd edib ki, bunun nəticəsində Ukraynada vətəndaş müharibəsi və xaos yaşanır.

Putin Rusiyanın “imperiyanı” bərpa etmək istəyi və bunun üçün də qonşu dövlətlərə təzyiq göstərməsi məsələsinin də yanlış fikir olduğunu deyib: “Bu fikirlərin heç bir əsası yoxdur. Rusiya dünyada özünə müstəsna yer tələb etmir. Rusiya öz qonşularının suverenliyi üçün çalışır. Biz digərlərinin maraqlarına hörmət edirik və mən istəyirəm ki, bizim də maraqlarımızı nəzərə alsınlar”.

Samir


Müəllif:

Oxşar xəbərlər