Video əlavə olunub:
***
10:44
“Türkiyə Rusiyadan aldığı “S-400” sistemlərinin bənzərini istehsal etməyə çalışır”.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Yunanıstanın “To Vima” qəzeti çıxış edib.
Moskvanın Ankaradan gələn texnoloji sirlərin paylaşılması təklifini qəbul etmədiyini yazan yunan nəşri qeyd edib ki, Türkiyə bundan əvvəl Çinin raket sistemlərinin bənzərini hazırlamağa çalışsa da bu, baş tutmayıb.
Türkiyə mətbuatı yunan nəşrinin iddiasını “ağlasığmaz” və “absurd” adlandırıb.
“Yunanıstan artıq Türkiyəni nədə ittiham edəcəyini bilmir”, - “Haber 7” saytı yazıb.
“S-400”lərlə bağlı “Hüriyyət” qəzetinə açıqlama verən Türkiyə Müdafiə naziri Hulusi Akar Yunanıstanın Krit adasında yerləşdirdiyi “S-300” hava hücumundan müdafiə sistemlərini nümunə göstərib.
Akar əvvəl Varşava Paktı üzvü olub sonra NATO-ya qatılan bir çox Avropa ölkəsində hələ də sovet dönəmindən qalma silah sistemlərinin olduğunu deyib:
“Varşava Paktı üzvü olub sonra NATO-ya qatılan bir çox Avropa ölkəsində hələ də sovet dönəmindən qalma silah sistemləri var. Bu silahlar NATO coğrafiyasında yerləşdirilib. Biz də bunu dedik, Kritdəki “S-300”lərdə hansı model istifadə olunursa, bunu müzakirə etməyə hazırıq”.