“Bizi təəccübləndirən hava şərtləri, qar və çovğun deyil, insanların bundan şikayət etməsidir”.
Teleqraf.com xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Ölkə lideri vətəndaşları qarları özləri təmizləməyə dəvət edib.
“Bu il əsl qışdır, belə bir qışın nə vaxt olduğunu xatırlamıram. Ancaq sürpriz budur ki, insanlar daim evlərinin önündəki qarları təmizləməməyimizdən şikayət edirlər. Belə ekstremal məqamlarda insanların özləri qarın təmizlənməsində iştirak etməlidirlər”.
Lukaşenko hesab edir ki, belə bir vəziyyətdə mənzil-kommunal xidmətlər və bələdiyyə təsərrüfatının, eləcə də digər strukturlarının vəzifəsi insanlara qarı təmizləmək üçün şərait yaratmaqdır.
Qeyd edək ki, Minsk güclü qar və külək səbəbindən “narıncı təhlükə” səviyyəsi elan edib. Ölkənin böyük hissəsində qar, çovğun, buzlaşma və bu səbəbdən yollarda sürüşmə var.