Klayd dəniz bazasının hərbi qulluqçuları – zabit Kler Jenkins həmkarı və sevgilisi Liam Doddinqtonla porno videolarını çəkdikdən sonra Kral Donanmasında qalmaqal başlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə ingilis nəşri “The Sun” məlumat yayıb.
Qəzetin yazdığına görə, çəkilişlər çox gizli sualtı nüvə gəmisində aparılıb, çəkiliş studiyası da burada yerləşdirilib.
İngilis qadın abunəçilərinin erotik məzmunlu çəkilişə baxmaq üçün pul ödədikləri videonu “OnlyFans” sosial şəbəkəsində yayımlayıb.
Nəşrin iddiasına görə, cütlük ingilis donanmasının ən gizli nüvə sualtı gəmilərindən birində porno studiyası qurub.
Dəniz bazasının komandanlığı olaydan sonra araşdırmalara başlayıb. Olayın donanmada şok effekti yaratdığı bildirilib.