Ərdəbil həbsxanasında qətldə ittiham olunan iki məhkum edam edilib.
Teleqraf.com xəbər verir ki, fevral ayının 8-də asılaraq edam olunanlardan biri gənc qadındır.
Dara çəkilənlərdən digəri 25 yaşlı Səid Nadiri adlı şəxsdir. Adı açıqlanmayan başqa məhkumun 23 yaşlı qadın və Səid Nadirinin əmisinin həyat yoldaşı olduğu bildirilib.
Qadın məhkumun həbs olunduğu zaman yaşının 18-dən az olduğu, Səid Nadiri ilə birlikdə öz həyat yoldaşını öldürərək cəsədini yandırdıqları deyilib.
Qeyd edək ki, 2020-ci ildə İranda 236 nəfər edam edilib, 96 nəfər barəsində edam hökmü çıxarılıb.