11 Fevral 2021 10:46
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada sərt karantin rejimi 7 marta qədər uzadılıb.

Teleqraf.com xəbər verir ki, Almaniya prezidenti Angela Merkel əyalət rəhbərləri ilə ölkədəki son vəziyyəti müzakirə edib.

Merkel bildirib ki, son 16 gün ərzində tətbiq edilən qadağalar nəticəsində yoluxma sayı xeyli aşağı düşüb: "Yoluxmanın artmaması üçün hər şey etməliyik. Yumşalma tədbirlərindən öncə hər şeyi nəzərdən keçirmək lazımdır. Hazırda reanimasiyada xəstə sayı azalıb. Təbii ki, bu irəliləyiş bizi sevindirir. Buna görə vətəndaşlarımıza təşəkkür edirəm".

Merkel qeyd edib ki, mutasiya keçirmiş virus daha sürətlə yayılacaq: “Lakin virusun nə qədər yayılacağını bilmədiyimizə görə qorunma tədbirlərinə əməl etməliyik. Pandemiyanın üçüncü dalğası ilə mübarizəyə hazır olmalıyıq”.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər