11 Fevral 2021 16:03
1 648
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın “S-400”lərlə bağlı mövqeyi dəyişməyib”.

Teleqraf.com xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Eduard Prays deyib.

O, Rusiyadan alınan sistemlərin NATO-nun müdafiə komplekslərinə uyğun gəlmədiyini söyləyib.

Prays ABŞ-ın Rəqiblərlə Sanksiyalarla Mübarizə Qanunu (CAATSA) çərçivəsində Türkiyəyə sanksiyaların tətbiq edildiyini xatırladıb. Eyni zamanda, qeyd edib ki, ABŞ-ın Türkiyə ilə həm ortaq maraqları, həm də mübahisələri var.

Eduard Prays ABŞ Dövlət katibi Entoni Blinkenin yaxın günlərdə Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyi haqda məlumat verib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər