12 Fevral 2021 08:45
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti Belarus Atom Elektrik Stansiyasının (AES) işə salınmasının dayandırılmasını özündə əks etdirən qərar qəbul edib.

Teleqraf.com xəbər verir ki, sənəddə Avropa İttifaqının tövsiyələri tam yerinə yetirilənə və bütün lazımi təhlükəsizlik tədbirləri görülənə qədər AES-in işə salınması məqbul hesab edilmir.

692 deputatdan 642-si qətnamənin lehinə səs verib.

Qeyd edək ki, Belarus AES ən böyük Rusiya-Belarus iqtisadi layihəsidir. Onun tikintisinin baş podratçısı “Rosatom”un bir hissəsi olan “Atomstroyeksport”dur.

Stansiyanın birinci blokunun 2021-ci ildə, ikincisinin isə 2022-ci ildə istifadəyə veriləcəyi gözlənilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər