12 Fevral 2021 14:50
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin Münhen Təhlükəsizlik Konfransında çıxış etmək niyyəti yoxdur.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Kremlin sözçüsü jurnalistlərin müvafiq sualına “Xeyr” cavabını verib.

Münhen Konfransı onlayn formatda 19-20 fevral tarixlərində baş tutacaq. Burada ABŞ Prezidenti Co Bayden, Avropa Komissiyasının prezidenti Ursula van Der Leyen, BMT Baş katibi Antonio Quttereş, NATO Baş katibi Yens Stoltenberq və Amerikanın iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Con Kerrinin iştirakı planlaşdırılır.

Almaniya Kansleri Angela Merkelin tədbirdə iştirak edib-etməyəcəyi hələ dəqiq deyil.


Müəllif: Mənsur Rəğbətoğlu