12 Fevral 2021 23:41
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Yəməndəki Husiləri xarici terror təşkilatları siyahısından çıxarıb.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken açıqlama yayıb.

"Fevralın 16-dan etibarən Husilər adlandırılan "Ansar Alla" təşkilatı xarici terror təşkilatları siyahısından çıxarılır. Qərar Yəməndəki faciəvi humanitar vəziyyətə əsaslanaraq qəbul olunub", - deyə Blinken qeyd edib.

Entoni Blinken Yəməndəki bütün münaqişə tərəflərini dialoqa getməyə və münaqişənin siyasi həll yollarını axtarmağa çağırıb.

ABŞ-ın Husiləri yaxından izləyəcəyini ifadə edən Blinken Səudiyyə Ərəbistanına və ticarət gəmilərinə qarşı hücumların cavabdehlərinin tapılaraq, onlara sanksiyalar tətbiq edəcəklərini vurğulayıb.

“Bu münaqişənin hərbi bir həlli olmadığına dair inancımızın üstündəyik”, - ABŞ-ın BMT və digər tərəfdaşları ilə Yəməndəki müharibəni bitirməyə çalışacaqlarına eyham vuran Blinken əlavə edib.

Xatırladaq ki, Husilər Donald Tramp administrasiyası tərəfindən xarici terror təşkilatları siyahısına daxil edilmişdi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər