13 Fevral 2021 01:36
509
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransada koronavirusa yoluxanların 25 faizi Britaniya ştammına, 5 faizi isə Cənubi Afrika və Braziliya ştammına yoluxanlardır. Koronavirusun yeni ştammları Mozeldə yoluxanların 40 faizini təşkil edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın səhiyyə naziri məlumat yayıb. Nazir koronavirusun yeni ştammının tüğyan etdiyi Şimal departamentinə gedib.

Ölkədə məktəblər bağlı elan olunmasa da, koronavirusa görə bağlanan siniflərin sayı 1599-a çatıb. Həftəsonu komendant saatının yerli vaxtla saat 14:00 və ya 16:00-dan başalayacağı bildirilir.

Bundan başqa, bəzi müəssisələrdə intensiv fəsadlar yaratdığı üçün “AstraZeneca” peyvəndindən istifadə müvəqqəti dayandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər