Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 97 nəfər dünyasını dəyişib.
Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 27 284 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 7 763 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 572 190 nəfərə çatıb.
Nazir bildirib ki, ötən gün koronavirusdan 8 108 nəfər sağalıb, koronavirusdan sağalanların ümumi sayı 2 461 204 nəfər təşkil edir.