Fransanın Elmi komitəsi koronavirusdan sağalan şəxslərə bir doz vaksin vurulmasını tövsiyə edib.
Teleqraf.com xəbər verir ki, qərarın verilməsinə səbəb COVID-19-dan sağalan şəxslərin orqanizmində virusa qarşı antitellərin yaranmasıdır. Fransa COVID-19-dan sağalan şəxslərin peyvənd olunmasını tövsiyə edən ilk ölkədir.
Qeyd edək ki, 27 dekabrdan etibarən Fransada vaksinasiya başlayıb. Bu müddət ərzində 2 056 572 nəfər peyvənd olunub. Onlardan 443 148 nəfərə ikinci doza vaksin vurulub.
Ölkədə 3 385 662 nəfər vursa yoluxub, 80 443 nəfər həyatını itirib.