5 May 2014 12:01
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer Ukraynada yaranmış vəziyyətlə əlaqədar ikinci Cenevrə konfransının çağrılmasını təklif edib.

Teleqraf.com-un Almaniya mətbuatına istinadən yaydığı məlumata görə, Ştaynmayerin bununla əlaqədar artıq Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eşton, ABŞ dövlət katibi Con Kerri, Rusiyanın Xarici İşlər naziri Serqey Lavrov və ATƏT nümayəndələri ilə telefon danışıqları apardığı bildirilir.

Ştaynmayerin sözlərinə görə, bu ikinci görüşün məqsədi Ukrayna ərazisində baş verən daxili çaxnaşmaya son qoyacaq yekdil siyasi qərarın qəbul edilməsidir.

“İstənilən vaxt itkisi yeni qurbanların verilməsi ilə nəticələnəcək”, - deyə Almaniya XİN rəhbəri bəyan edib.

Ülviyyə


Müəllif: Teleqraf.com