Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus mətbuat konfransı keçirib.
Teleqraf.com xəbər verir ki, Gebreysus Çinin Uhan vilayətində COVID-19 virusunun mənşəyinin tapılması üçün aparılan tədqiqatların başa çatdığını bildirib.
Onun sözlərinə görə, tədqiqatın nəticələri gələn həftə ictimaiyyətə elan olunacaq: “Tədqiqat qrupu araşdırmaların hesabatını hazırlayır. Gələn həftə nəticələr elan olunacaq. Tədqiqat qrupunda Avstraliya, Danimarka, Almaniya, Yaponiya, Hollandiya, Qətər, Rusiya, Birləşmiş Krallık, ABŞ və Vyetnamdan olan mütəxəsislər yer alırdı”.
Gebreysus qeyd edib ki, hazırlanan hesabat COVID-19-la bağlı hər suala cavab verməyə bilər, hesabat virusun mənşəyi barədə məlumat verəcək.