ABŞ-ın Vaşinqton ştatındakı bir liseydə silahla ətrafa atəş açan şagird öldürülüb. Teleqraf.com-un sabah.com-a istinadən məlumatına görə, hadisə nəticəsində 6 nəfər yaralanıb.
İTAR TASS-ın məlumatına görə, yaralananlardan vəziyyəti ağır olan 4 nəfər xəstəxanaya yerləşdirilib.
“Marysville” polisindən verilən açıqlamada isə “Seattle” şəhərinin şimalında olan “Marysville-Pilchuck” Liseyində bir şagirdin açdığı atəş nəticəsində yaralıların olduğu və təcavüzkarın öldürüldüyü ifadə edilib.
Polis, təcavüzkarın şagird olduğunu və bu hərəkəti təkbaşına reallaşdırdığını ictimaiyyətə çatdırıb. Lakin yaralı sayı və yaralıların vəziyyətləri bağlı konkret məlumat verilməyib.
Öldürülən silahlı şagirdin şəxsiyyəti və hərəkət səbəbi də hələ ki, dəqiqləşdirilməyib.
Nail Cəlil