13 Fevral 2021 21:43
340
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda ötən sutka ərzində 74 nəfər koronavirusdan (COVID 19) ölüb.

Bu barədə Teleqraf.com İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verir.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 58 883 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 120 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 510 873 nəfərə çatıb. Virus daşıyıcılarından 3 720 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 291 726 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 9,99 milyondan çox diaqnoz testi həyata keçirilib.

İranın rayonları koronavirusa yoluxmada 9 rayon qırmızı, 39 rayon narıncı, 228 rayon sarı, 172 rayon isə mavi zona hesab olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər