5 May 2014 12:06

Odessa polisi rusiyameyilli separatçılardan 10 nəfəri azadlığa buraxıb. Buraxılanlar arasında qadınların çoxluq təşkil etdiyi bildirilir. Azadlığa çıxanları Şəhər Daxili İşlər idarəsinin qarşısında silahdaşları “Əhsən!” və “Qəhrəmanlar!” şüarları ilə qarsalayıb.


Teleqraf.com-un xəbərinə görə, Kramatorskda isə hərbi qoşunlar şəhərdən geri, dislokasiya yerlərinə qayıdıblar.

Verilən məlumata görə, yerli hüquq-mühafizə orqanları da Kramatorsk aerodromunda yerləşən hərbi bazaya qayıdıblar.

Separatçıların şəhərə qayıtmadığı bildirilir.

Yerli əhali isə şəhər rəhbərliyinin olmamasından narahatçılıqlarını və nəhayət, rahat yaşamaq istədiklərini bildiriblər.

Ülviyyə


Müəllif:
Загрузка...