14 Fevral 2021 18:37
2 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ölkədə mənfi iqtisadi şərtlərin ortaya çıxdığı bu dövrdə bəzi güclərin müxalifətçi Aleksey Navalnıdan istifadə etdiklərini iddia edib.

Teleqraf.com xəbər verir ki, Putin “Rusiya 24” kanalına müsahibəsində Navalnının həbsinə etiraz olaraq başlayan nümayişlərdən danışıb.

Rusiya lideri Aleksey Navalnını “siyasi vasitə” adlandırıb və bəzi qüvvələrin ölkəsində, xüsusilə sosial-iqtisadi vəziyyətin yaxşı olmadığı günlərdə ondan istifadə etdiyini söyləyib.

Putin bu durumdan Avropa, ABŞ və digər ölkələrdəki müəyyən qüvvələr tərəfindən istifadə olunduğuna diqqət çəkib.

Rusiya tərəfindən hazırlanan yeni koronavirus peyvəndi və yeni silahların Qərbi qəzəbləndirdiyini deyən Putin rəqiblərinin ölkəsinə qarşı sanksiya siyasəti yürütdüyünü bildirib.

Vladimir Putin Rusiyanın keçmiş SSRİ məkanındakı siyasətindən də danışıb.

O, Rusiyanın son illərdə keçmiş sovet ölkələrində artan nüfuzunun narahatlığa səbəb olduğuna diqqət çəkib: “Nə olur-olsun, bütün çətinliklərə baxmayaraq, keçmiş sovet ölkələrində nüfuzumuz atır. Sovet İttifaqı dağıldıqdan sonra bütün nəticələri ilə birlikdə yeni müstəqil dövlətlərin yaranacağını başa düşməli idilər”.

Putinin sözlərinə görə, dünyadakı gərginliyi azaltmaq bəhanəsi ilə Rusiyanı keçmiş sovet ölkələrindən çıxarmağa cəhd edəcəklər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər