“Qeyri-adi səyahətimizi birlikdə davam etdirməyi səbirsizliklə gözləyirəm”.
Teleqraf.com xəbər verir ki, bunu öz tərəfdarlarına müraciətində ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
ABŞ tarixində ikinci dəfə impiçmenti istənilən ilk prezident olan Tramp Senatdakı mühakimədə bəraət aldıqdanj sonra verdiyi açıqlamada onu müdafiə edən vəkillərinə, Senat və Nümayəndələr Palatasının üzvlərinə təşəkkür edib.
Tramp ikinci bir impiçment tələbinin ölkə tarixində “ən böyük cadugər ovu” olduğunu deyib, demokratları qanunun aliliyini ləkələməkdə və ədaləti siyasi qisas vasitəsi kimi istifadə etməkdə günahlandırıb.
Seçkilərdə 75 milyon səs aldığını və rəqiblərinin bunu unuda bilməyəcəyini söyləyən Tramp milyonlarla tərəfdarına da təşəkkür edib.
O, Amerikanı yenidən möhtəşəm etmək üçün qeyri-adi səyahətə yenidən başladığını vurğulayıb: “Önümüzdəki aylarda sizinlə bölüşəcəyim çox şey var. Qeyri-adi səyahətimizi birlikdə davam etdirməyi səbirsizliklə gözləyirəm”.