Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Novosibirsk və Tomsk vilayətləri üzrə İdarəsinin əməkdaşları Rusiyada qadağan olunmuş “Katiba Tövhid vəl-Cihad” terror təşkilatının maliyyələşdirilməsinə dair cinayət işi çərçivəsində Rusiya vətəndaşı və qonşu ölkələrdən birinin vətəndaşını həbs edib.
Teleqraf.com xəbər verir ki, bu barədə FTX-nin Novosibirsk vilayəti üzrə İdarəsindən bildirilib.
“Rusiya FTX-nin Novosibirsk və Tomsk vilayətləri üzrə İdarəsinin Novosibirsk və Tomskda keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində “Katiba Tövhid vəl-Cihad” beynəlxalq terror təşkilatının regionlararası şəbəkə üzvlərinin terror fəaliyyətlərinin maliyyələşdirilməsinə dair qanunsuz fəaliyyətlərinin qarşısını alıb”, - məlumatda belə deyilir.