15 Fevral 2021 13:09
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qətər və Səudiyyə Ərəbistanı arasında ticarət əlaqələri üç il yarımdan sonra yenidən başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Qətər Gömrük Baş İdarəsi məlumat yayıb.

Açıqlamada Səudiyyə Ərəbistanı və Qətər arasında ticari hərəkət prosedurlarının tamamlandığı qeyd edilib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 2017-ci ildə “terror qruplarını dəstəkləmək” ittihamı ilə Qətərlə bütün diplomatik münasibətlərini kəsmiş və bu ölkəyə iqtisadi embarqo tətbiq etməyə başlamışdı.

Qətər bu ölkələrin bütün ittihamlarını rədd etsə də, bu, Körfəz bölgəsində böhrana səbəb olmuşdu.

Böhrana son qoymaq səyləri bu ilin əvvəlində nəticə verib. Küveyt Xarici işlər naziri Əhməd Nasir Məhəmməd əs-Sabah yanvarın 4-də Səudiyyə Ərəbistanı və Qətər arasında quru, dəniz və hava sərhədlərinin açılması barədə razılığın əldə edildiyini açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər