Ukraynanın işğad edilmiş Donetsk bölgəsindəki separatçıların başçısı Denis Puşilin Rusiya Prezidenti Vladimir Putinin Donbasdan imtina etməmək vədinə cavab verib.
Teleqeraf.com xəbər verir ki, o bu barədə rus mətbuatına açıqlamasında danışıb.
Onun sözlərinə görə, Donetsk humanitar yardım, Rusiya pasportlarının verilməsi və koronavirusa qarşı peyvənd də daxil olmaqla Moskvanın köməyini və dəstəyini daim hiss edir.
Puşilin qeyd edib ki, Rusiya ilə yaxınlaşma kursu ən vacib dövlət qərarlarını qəbul etmək üçün zəmin yaradan “Rus Donbası” ideoloji doktrinasında müəyyənləşdirilib: “Öz növbəmizdə həmişə ortaq dəyərlərimizi qorumaq üçün böyük vətəni (separatçı rejim Donbası Rusiyanın tarixi hissəsi sayır – red.) müdafiə edəcəyik”.
Puşilin əlavə edib ki, Donetsk gələcəkdə “Böyük Rusiya”nın bir hissəsi olmaq üçün qarşılıqlı əlaqələrin gücləndirilməsini gözləyir.
Putin Rusiyanın hər şeyə rəğmən Donbasdan imtina etməyəcəyini bu ölkədəki bəzi media qurumlarının rəhbərləri ilə qapalı görüşündə deyib.